:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakının Sabunçu qəsəbəsinə elektrik qatarlarının hərəkəti bərpa olunacaq

Font

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il mayın 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

"Beləliklə, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşturu açacağıq. Bunun üçün yeni qatarlar sifariş edilib, həmçinin əlavə iki qatarımız var. Əvvəllər bu məsafəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək”, - o deyib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq.

"Abşerondakı dairəvi dəmir yolu xəttində aparılan işləri 1-2 aya bitirəcəyimizi düşünürdük, amma orada iş çoxdur. Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”, - ADY sədri əlavə edib.

Bakı-Astara dəmir yolu xəttinin bir hissəsinin yeri dəyişdiriləcək

Azərbaycan hökuməti Yalamadan Astaraya qədər dəmir yolu xəttinin yenidən qurulmasına maliyyə dəstəyi almaq üçün Dünya Bankına müraciət edib.

Bunuda jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bununla yanaşı, ölkə prezidenti də sözügedən istiqamət üçün vəsait ayırır. Bu işlər çərçivəsində Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsinin yenidən qurulması, bir xətli yolun iki xətli edilməsi və elektrikləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, yolun Salyan rayonundakı sonrakı hissəsinin dəniz kənarından kənarlaşdırılması üçün layihələndirmə gedir. Bunun üçün torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”, - deyə o, qeyd edib.