:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AQTA qalmaqallı yumurta məsələsi ilə bağlı araşdırmalara başladı

Font

"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılması ilə bağlı məsələ araşdırılmağa başlanılıb.

Bu barədə Qida Təhlükəsizlik Agentliyindən məlumat verilib. Qurumun mətbuat katibi Aysel Fərzəliyeva bildirib ki, BAKU.WS saytında yayılan məlumatlardan sonra məsələ dərhal nəzarətə götürülüb. Araşdırmaların nəticələrinə dair geniş məlumat ictimayətə veriləcək.

Qeyd edək ki, AQTA yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək "yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin "1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.