:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Font

Martın 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.