:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ATƏT sədri: "Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam"

Font

"Çoxlu çağırışlar var, prosesə müsbət təkan verəcək əsas da var”.

Ermənistan KİV-i xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin həlli yollarının axtarılmasına və həmsədrlərinin fəaliyyətinə dəstəyini artıracaq: "Məqsədimiz gələcəyin təhlükəsiz qurulmasıdır. Slovakiyanın sədrliyi başlayan kimi bölgəyə səfər elədim ki, insanları dinləyim, vəziyyətlə tanış olum. Etimad mühitinin yaradılması, əhalinin sülhə hazırlanması, görüşlərin davam etməsi vacibdir".

M.Layçak Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının azalmasını alqışlayıb.

Qeyd edək ki, M.Layçak martın 5-də Azərbaycanda səfərdə olub.