:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BMT-nin İnkişaf Proqramı Azərbaycanla əməkdaşlığı dərinləşməsində maraqlıdır

Font

​BMT-nin İnkişaf Proqramı Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edicək

"BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirməyə çalışacağıq".

Bunu BMT Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqe jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumət nümayəndələri ilə görüşü zamanı BMT İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə ediləcək.

"Müzakirələrdə BMT-nin İnkişaf Proqramının planlarına Azərbaycanın prioritet hesab etdiyi sahələrdə ölkəyə verə biləcəyi dəstək məsələsi də yer alacaq", - deyə o vurğulayıb.