:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək

Font

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.

Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.

S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.

Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.