:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlham Əliyev: "Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını müsbət qarşılayır"

Font

"Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır".

Bunu Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edən zaman deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.