:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilir

Font

Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Rusiyanın "Qazprombank” SC-nin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-forum işə başlayıb.

Tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.

Nazir Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, iki ölkənin Hökumətlərarası Komissiyanın iclaslarının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. ABŞ dolları, Azərbaycna isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya yatırıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 mlrd. dollara çatıb.