:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

PLANETAR DÜŞÜNCƏLİ BÖYÜK AZƏRBAYCANLI

Font


image here

Xalqların, millətlərin, bütövlükdə bəşəriyyətin emansipasiya tarixində tarixi şəxsiyyətlərin rolu danılmazdır. Şəxsiyyət zaman münasibətləri qarşılıqlı səbəbiyyət əlaqələrini özündə ehtiva etməklə fərqli məqamlarda biri digərini şərtləndirir. Bir sıra hallarda zaman şəxsiyyəti seçdiyi yetişdiyi kimi, bəzən şəxsiyyət zamanı seçir və zaman yaradır. İnsan taleyüklü əməlləri ilə tarixliləşir, zamanlaşır dövrləşir. Tarixi dövrlərin bəzən insan adları ilə bağlı olduğu təsadüfi deyildir. Xalqların tarixində, onlara taleyüklü dönəmlərdə zaman-zaman töhfələr verən, onun xidmətdarı olan elə nəsillər vardır ki, onlar bir neçə onilliklər ayrı-ayrı tarixi mərhələlərdə mənsub olduğu millətin qarşılaşdığı ağrılı transformasiya şəraitini hiss edərək bu çətin xilaskar missiyanı öz üzərinə götürmüş, milli dirçəlişi, varlığı hifz etmişlər. Digər millətlər kimi Azərbaycan da tarixən kataklizmlərdən yan keçə bilməmiş məhz bəhs etdiyimiz tarixi şəxsiyyətlərin vətəndaşlıq mövqeyi, tarixi vəzifəsini dərk etməsi sayəsində millətlər içərisində imza sahibi olmuşdur. Çox da uzaq tarix olmayan 90- illər xalqımızın tarixində böyük sınaq dövrü kimi diqqət çəkir. Həmin dövrdə öz tarixi missiyasını dərk edən, ölkəsinin başını qara buludlar olduğunu hiss edən qüdrətli böyük dövlət xadimi H.Əliyev xalqın hüznünə qatıldı, onu bədbin durumdan, milli depressiyadan xilas edərək özünəinamlı, gələcəyə baxan bir psixoloji duruma gətirdi. Azərbaycanı daxili münaqişələr, siaysi konfrontasiyalar, bütün qonşuları ilə düşmənçilik və bir qonşusu ilə də müharibə vəziyyətində qəbul edən Heydər Əliyev bütün daxili ziddiyyətlərə, qonşularla düşmənçiliyə, və Qarabağ cəbhəsində müharibəyə son qoyaraq, Azərbaycanı dünya arenasında tanınan, sayılan, iqtisadi cəhətdən sürətlə inkişaf edən, regionun qüdrətli bir lider dövlətinə çevirdi. Onun bu xidmətlərnin nəticəsi idi ki, onun ölümündən sonra xalq öz Prezidenti kimi uşaqlıqdan onun tərbiyəsi, təlimi ilə böyümüş, o insandan dərs almış bir insanı görmək istədi və sonradan da dönə-dönə onlarla alternativ namizədlər arasından ancaq bu insanı seçdi. Və həmin insan – İlham Əliyev xalqın bu inamını həqiqətən doğrultdu: gecə gündüz yatmayıb atasının miras qoyub getdiyi o müstəqqilliyi, əmin-amanlığı, asayişi, xalqın rifahını birə on qat artırdı. Xalqın nəinki xarici düşmənlərinə qarşı, eləcə də daxili düşmənlərinə qarşı – harınlamış, xalqa yuxarıdan aşağı baxan məmurlara qarşı amansız olması, özünü "xalqın ağası yox, qulluqçusu” elan etməsi, ad günlərini, əziz günlərini dəbdəbəli saraylarda möhtəşəm atəşfəşanlıqlar altında deyil, döyüş bölgələrində, qaçqın şəhərciklərində, sadə xalq arasında keçirməsi – onu bu xalqın həqiqi qəhrəmanına, idealına çevirdi.

Bu ailənin bütün ruhu, canı, qanı ilə bu xalqa xidmət etməyə həmişə hazır bir ruhda tərbiyə almasına, yetişməsinin bir xüsusiyyəti də onda özünü büruzə verdi ki, nəinki İlham Əliyev, hətta onun xanımı və övladları da bütün şəxsi həyatını, istirahətini bir kənara qoyub, hamısı gücü çatan formada bu xalqa xidmət etməyə başladılar. Təsadüfi deyil ki, hələ heç bir dövləti vəzifə daşımadığı bir vaxtlarda xalqın sadə, köməksiz nümayəndələri, xüsusən qadınlar Mehriban xanım Əliyevaya üz tutur, oz sosial, məişət problemləri ilə bağlı ona müraciətlər yollayırdılar. Və hamı da görürdü ki, Mehriban xanıma edilən müraciətlər boşuna getmir, ən yüksək formada müsbət həllini tapır. Bütün bu xidmətlərinə görə o, 2004-cü ildən YUNESKO-nun xoşməramlı səfiri təyin edildi, 2006-cı ildən ISESKO-nun xoşməramlı səfiri adına layiq bilindi, 2005-ci ildən Millət Vəkili seçildi.

Xarici ölkələrdə ölkələrin birinci ledisinin necə bir dəbdəbəli həyat tərzi keçirməsi, dgər ölkələrin birinci lediləri ilə bahalı aksesuar bəhsinə çıxmaları hamımızın gözü önündədir. Azərbaycanın birinci ledisi isə bütün bu dəbdəbələrdən və şöhrətpərəsliklərdən uzaq bir formada, sadə bir azərbaycan qızı, qadını obrazında, xalqı üçün çalışır, onun ağrı-acılarına həmdəm olurdu, şəxsi həyatını xalqına həsr edirdi. Ulu şəxsiyyət Heydər Əliyev xalqına təkcə əmin amanlıq, müstəqillik, firavanlıq miras qoyub getmədi. Həm də bu xalq, dövlət üçün həyatını qurban verməyə hazır olan bu cür ailə üzvləri miras qoyub getdi. Bütün bunlar Heydər Əliyevin uzaqgörənliyini, insan tanıma qabiliyyətini, pisi yaxşıdan seçə bilmək qabiliyyətini bir daha sübut etdi. Belə ki, bu ailəyə gələcək gəlin də, bu ailə ruhda, tərbiyədə. əqidədə olmalı idi ki, bu ailənin gələcək nəsli də həmin ruhun daşıyıcısı olsun. Hələ gənc yaşında olan Mehriban xanımda İlham Əliyev də həmin xüsusiyyəti görmüş, və onun ata-anası da bu izdivaca xeyir dua verməklə, Azərbaycanın gəəcəyinə belə bir töhvə vermiş oldular. Və Mehriban xanım Əliyevanın Əliyevlər ailəsi ilə eyni ruhlu, əqidəli insan olmasını da, onun öz ailəsinin bioqrafiyası, xidmətləri, bu vətənə bağlılığı aydın göstərir.

Mehriban xanımın babası böyük ədimiz Mir Calal Paşayev hər bir azərbaycanlıya böyük vətənpərvərlik ideayalarını təbliğ edən, ali duyğular aşılayan böyük ədib, yazıçı kimi yaxşı tanışdır. Onun "Bir gəncin manifesti” əsərinin qəhrəmanlarından olan kasıb Sona xalanın son ümid yeri olan ata-babadan yadigar qalan qədimi xalçanı bazara çıxarıb satmaq istərkən, bir əcnəbi bu xalçanı alıb, xaricə aparmaq üçün böyük məbləğ təklif etsə də, qadın milli qürurunu hər şeydən uca tutaraq, sonradan aforizmə çevrilən məşhur ifadəsini deyir: "İtə ataram, yada satmaram”. Və beləcə ac qalır, amma bu xalqın heç köhnə xalçasının da hər hansı əcnəbinin olmasına razı olmur. Və özü də bunlar hamısı boş pafos, kabinetdə ortaya çıxan yazıçı fantaziyasının məhsulu yox, öz həyatı ilə bütün bunları yaşamış və büruzə bir insanın beyninin məhsulu, əqidəsinin təcəssümüdür. Belə ki, yəqin çox az adam bilir ki, Mir Cəlal müəllim tək qələmi ilə deyil, həm də vətənin ağır vaxtlarında – İkinci Dünya Müharibəsi illərində silahı ilə bu xalqın düşmənləri ilə vuruşmuş, və döyüşlərdə göstərdiyi rəşadətlərə görə neçə-neçə orden və medallarla təltif olunmuşdu. Heydər Əliyev ruhuna, əqidəsinə məhz bu cür yüksək amallar daşıyıcısı olan, dönməz əqidə sahibi olan, cəsur insanların nəsli uyğun gələ bilərdi ki, bu cür insan da Mehriban xanım Əliyeva oldu və o, öz davranışı, əqidəsi ilə, xalqa xidmətləri, bağlılığı ilə öz babasının və qaynatasının yüksək ideallarına uyğun bir azərbaycan qadını olmasını dönə-dönə hamıya sübut etdi.

Bu gün Mehriban xanım yüksək bir dövləti vəzifə daşıyır – Azərbaycan Respublikasının birinci vitse-prezidentidir. Bu, həm bütün dünyaya Şərq qadınının nələrə qadir olmasını, gücünü, əqdəsini, nümayiş etdirir, həm də iki insanın bu cür ideal ailə vəhdətinin, məhəbbətinin, etibarının, dostluğunun xalqın maraqları ilə necə uzlaşdığını aydın göstərir. Məşhur bir aforizmdə deyilir: "Hər bir güclü kişinin arxasında, güclü bir qadın dayanır!”. Həyatının bütün ağır, keşməkeşli illərində yanında bu cür sədaqətli və ağıllı həyat yoldaşını görmək nəinki bir tək İlham Əliyevə güc, qüvvə verib, bu gün bu ideal vəhdət həm də xalqa bir əminlik, güvən, qüvvə verir. Xalq əmindir ki, öz taleyini, gələcəyini, ölkəsinin müqəddaratını – hansısa təsadüfi insanlara yox, bütün varlığı, ruhu ilə bu xalqa bağlı olmuş, ona xidmət etmiş iki böyük nəslin nümayəndələrinə etibar edib, və onların vəhdəti bütün xalqı da bir araya gəlməyə, əlbir olmağa, daim bir-birinin yanında olmağa, bu ölkəyə xidmət etməyə, dövlətin maraqlarını bütün şəxsi həyatdan, maraqlardan öndə tutmağa ruhlandırır, onlara örnək olur.

Bakı Dövlət Universitetnin dosenti.

Psixologiya uzrə fəlsəfə doktoru 

İ.M Bayramov

PLANETAR DÜŞÜNCƏLİ BÖYÜK AZƏRBAYCANLI-YENILƏNDİ