:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İstanbul-Nyu-York reysində turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb

Font

"Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Nyu-York reysini həyata keçirən təyyarədə güclü turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb.

"NBC" telekanalı verdiyi məlumata görə, təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub. Təyyarə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanına yaxınlaşarkən güclü silkələnmə başalyıb.

Nyu-Yorkun yanğından mühafizə xidmətinin nümayəndəsi Maykl Parrella bildirib ki, xəsarət alanlara hava limanında tibbi yardım göstərilib.