:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İsrail Qəzza zolağını raket atəşinə tutub

Font

İsrail aviasiyası Qəzza zolağında silahlıların bazası və iki gəmisinə hava zərbələri endirib.

"RİA Novosti" verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

İsrail ordusunun məlumatında deyilir: "Bu gün İsrailin müdafiə Ordusunun təyyarələri və digər uçuş apparatları Qəzza zolağının şimalında HƏMAS kompleksinin ərazisində bir neçə hərbi mövqeyə və HƏMAS-ın 2 gəmisinə zərbələr endirib".

Qeyd edilir ki, zərbələr ötən gün Qəzza zolağından İsrail ərazisinə buraxılan raketə cavab olaraq həyata keçirilib.