:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Venesuela elektrik təchizatının kəsilməsini kiberhücumla əlaqələndirib

Font

"Venesuela tarixində elektrrik təchizatı sahəsindəki ən irimiqyaslı qəzanın səbəbi kiberhücumdur".

"Report” RBK-ya istinadən xəbər verir ki, bunu ölkənin informasiya naziri Xorxe Rodriges dövlət televiziyasının canlı yayımında bildirib.

O, kiberhücumun arxasında ABŞ-ın dayandığına dair müəyyən ehtimalların olduğunu da diqqətə çatdırıb: "Hücumun hədəfi Quri hidroelektrik stansiyasının avtomatik nəzarət sistemi olub”.

Nazir sistemin hakerlərin nəzarəti altına keçməsini əngəlləmək üçün su elektrik stansiyasının fəaliyyətini təhlükəsizlik naminə dayandırdıqlarını vurğulayıb.

Qeyd edək ki, martın 7-də Venesuelada enerji böhranı yaranıb. Nəticədə xəstəxanalarda 79 nəfər ölüb.