:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə və Rusiya İdlibdə birgə patrul fəaliyyətinə başlayır

Font

Suriyanın İdlib bölgəsində bu gün həm Rusiya, həm də Türkiyə Silahlı Qüvvələri patrul fəaliyyətinin icrasına başlayacaqlar.

Yenizaman.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

"14 fevralda keçirilən görüşlər çərçivəsində bu gün İdlibdən kənardakı sərhəd bölgəsində Rusiyanın, silahsızlaşdırılmış bölgədə isə TSQ-nin patrul fəaliyyəti başlayacaq. Bölgədəki atəşkəsin davam etdirilməsi baxımından bunu vacib bir addım kimi görürük”, - Akar bildirib.

İlk patrul fəaliyyətinin 7-ci və 8-ci müşahidə məntəqələrinin yerləşdiyi Tell Nukan və Əl Sarman bölgələri arasında keçiriləcəyi qeyd olunub.