:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: "Real Madrid" baş məşqçisini istefaya göndərməyi qərara alıb

Font

İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Santyaqo Soları tezliklə istefaya göndərilə bilər.

"Report"un verdiyi məlumata görə, artıq "kral klubu"nun rəhbərliyi müvafiq qərar qəbul edib.

Səbəb kimi komandanın Çempionlar Liqasından kənarda qalması göstərilir. Madridlilər 1/8 finalda Hollandiya "Ayaks"ına iki oyunun yekununda 3:5 hesabı ilə uduzaraq, sensasiyalı şəkildə yarışla vidalaşıb.

Baş məşqçi postuna əsas namizədlər qismində Zinəddin Zidanla Joze Mourinyo göstərilir. Mourinyonun bu vəzifəni tutma ehtimalı daha böyükdür. Hər iki mütəxəssis əvvəllər də "Real Madrid"ə rəhbərlik ediblər. Zidan 2016-2018-ci illərdə çalışdığı komandaya ölkə çempionluğu və 3 dəfə Çempionlar Liqasını, Mourinyo isə 2010 2013-cü illərdə işlədiyi kollektivə çempionluq, ölkə kuboku və Superkubok qazandırıb.

Qeyd edək ki, hazırda "Real Madrid" La Liqada 48 xalla 3-cü pillədə qərarlaşıb.