:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir müavini: "Meşələrin çəpərlənməsi daimi olmayacaq"

Font

"Meşələrin çəpərlənməsi daimi olmayacaq".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür və həmin çəpərlərdən başqa ərazilərdə istifadə olunur: "Belə bir təcrübə Qırğızıstanda da var. Bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".

F.Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edərək bildirib ki, Azərbaycanda meşələrin çəpərlənməsi yalnız o zaman olacaq ki, oraya kənar müdaxilələr olsun.

O həmçinin əlavə edib ki, ETSN-in kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur.