:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ən çox gəlir gətirən stadionun adı açıqlanıb

Font

İspaniyanın "Barselona" klubunun ev oyunları keçirdiyi "Nou Kamp" stadionu ən çox gəlir gətirən stadiondur.

Kataloniya təmsilçisinin stadionu 2017-2018-ci il mövsümündə bilet satışından 144,8 milyon avro qazanc əldə edib. İspaniyanın digər klubu "Real Madrid"in stadionu "Santyaqo Bernabeu" 143,4 milyon avro ilə ikinci, "Mançester Yunayted"in stadionu "Old Trafdford" isə 119,5 milyon avro qazanaraq üçüncü yerdə qərarlaşıb.

İlk onluqda sonrakı yerləri müvafiq olaraq "Emireyts" ("Arsenal" - 111,6), "Alianz Arena" ("Bavariya" - 103,8), "Park de Prenc" ("Paris Sen-Jermen" - 100,6), "Enfild" ("Liverpul" - 91), "Uembli" ("Tottenhem" - 85,2), "Stenford Bric" ("Çelsi" - 83,4) və "Etihad" ("Mançester Siti" - 69,9) stadionları tutublar.