:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Klinton Müllerin hesabatından sonra seçkilərdə iştirakla bağlı qərar verəcək

Font

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton artıq iki ildir 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsinin araşdırılması ilə məşğul olan xüsusi prokuror Robert Müllerin hesabatı dərc olunduqdan sonra, 2020-ci il dövlət başçısı seçkilərində iştiraka dair son qərarını verəcək.

TASS xəbər verir ki, bu fikirlə çərşənbə günü ABŞ-dakı seçkilər barədə materiallar dərc edən "Elections Central" portalı çıxış edib.

Klinton bazar ertəsi 2016-cı il seçkilərində Respublika Partiyasından namizəd Donald Trampla düşmənçilik edən CNN teleşirkətinin infrastrukturuna daxil olan "News 12" telekanalına müsahibəsində bildirib ki, 2020-c ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək.