:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib

Font

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.

TASS xəbər verir ki, o bunu 24 TV telekanalının efirində deyib.

"Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin", - deyə o bildirib.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Hindistan və Türkiyəni ABŞ ilə güzəştli ticarətdən məhrum etmək niyyətindədir. O bu qərarını Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib.