:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-ın Azərbaycandakı səfiri: "Əməkdaşlığımızın bütün aspektlərinin gücləndirilməsi naminə çalışacağam"

Font

"ABŞ-ın Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir".

Bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litsenberger deyib.

"Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən çox məmnunam", - Ö.Litsenberger bildirib.

"ABŞ və Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Ölkələrimiz 25 ildən çoxdur təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi mühüm sahələrdə əməkdaşlıq edir. ABŞ-ın Azərbaycandakı səfiri kimi ikitərəfli əməkdaşlığımızın bütün aspektlərini gücləndirməyə davam etmək naminə çalışacağam", - səfir söyləyib.

O, tezliklə Azərbaycana gələcəyini bildirib.

Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.

Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.