:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avrokomissar: “Biz Qarabağ münaqişəsi ilə bağlı səylərimizi artırmalıyıq”

Font

"Biz tərəflərin tələbi və istəyi əsasında səylərimizi artırmalıyıq”.

Ermənistan KİV-i xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında jurnalistin Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımla bağlı sualını cavablandırarkən bildirib.

"Tərəflər bir-birini yaxşı tanıdığından görüləcək işi də bilirlər. Əgər tərəflər xahiş etsə, onları dəstəkləməyə hazır olmalıyıq. Biz bütövlükdə regiona yardım edə bilərik. Bölgə dövlətləri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq etməyimiz mümkündür. Başqa sözlə, imkanlar çox ola bilər, ancaq bəzilərinin həyata keçməsi üçün zaman vacibdir”, - deyə avrokomissar vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekununa dair açıqlamada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda görüşəcəklərini bildiriblər.