:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mogerini Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan iştirakının lehinədir

Font

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir.

Qeyd olunur ki, F.Mogerini və N.Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında təmaslar fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər:

"Federika Mogerini Nikol Paşinyanın münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir".