:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaxın vaxtlarda problemli kreditlərlə bağlı təzminat alacaq vətəndaşların siyahısı müəyyənləşdiriləcək

Font

2019-cu il aprelin 15-dək Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanının əhatə etdiyi vətəndaşların siyahısı və onların alacağı təzminatın məbləği müəyyənləşdiriləcək.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Facebook” sosial şəbəkəsində canlı yayım zamanı deyib.

O bildirib ki, borclular haqqında bütün məlumatlar Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində yer alır: "Vətəndaşlar zəruri məlumatları, eləcə də alacaqları təzminat barədə məlumatları Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında xüsusi bölmədə öz FIN kodlarını daxil etməklə ala biləcəklər. Fikrimcə, bu məsələ yaxın zamanlarda həll olunacaq”.