:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Donald Tusk: Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz

Font

Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı status-kvo uzun müddət davam edə bilməz.

Bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılması ümid verir:

"Danışıqlar prosesi və iki ölkənin təmasları ümid verir. Hazırkı status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq siyasi həll yolunu tapmaq lazımdır".