:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarovla Miroslav Layçak arasında görüş keçirilib

Font

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak arasında görüş keçirilib.

Qeyd edək ki, ATƏT sədri daha əvvəl "Report"a müsahibəsində Bakıda Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, Slovakiyanın ATƏT-dəki sədrliyinin başlıca vəzifələri arasında təşkilat məkanında həlli uzanan münaqişələrin həlli və yeni münaqişələrin qarşısını almaq olduğu açıqlanmışdı.