:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Klinton prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Font

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ölkədə 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.

Bunu Klinton "News 12" telekanalına müsahibəsində bildirib.

O, həmçinin deyib ki, Nyu-York qubernatoru və ya meri vəzifəsinə də namizədliyini irəli sürməyi planlaşdırmır. Klintonun sözlərinə görə, o "öz partiyasına kömək edir, həmçinin yazıçı, aktivist və nənə həyatından həzz alır".