:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İranın Azərbaycandakı səfirliyi Nikol Paşinyanın Tehrana səfəri zamanı səsləndirilən şüarları pisləyib

Font

İranın Azərbaycandakı səfirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutan görüşdə asdıqları plakatı və səsləndirilən şüarları özbaşına atılan addım, qəbuledilməz hal kimi qiymətləndirir və bunu pisləyirik.

Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

"İran İslam Respublikası səfirliyinin mətbuat açıqlaması İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyan edir ki, İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir", - deyə bildirilib.

Qeyd olunub ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmiş və bu siyasətini dəyişməyəcək.

"Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz", - bəyanatda qeyd olunub.