:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan atleti rekordunu yeniləməklə, Avropa çempionu titulunu qazanıb

Font

Azərbaycan millisinin atleti Nazim Babayev Avropa çempionu tituluna yiyələnib. ONA-nın məlumatına görə, 22 yaşlı idmançı Şotlandiyanın Qlazqo şəhərində keçirilən qitə birinciliyində bu uğura nail olub.

Belə ki, Babayev qapalı məkanlarda keçirilən Avropa çempionatının üçtəkanla tullanma yarışlarında bütün rəqiblərini qabaqlayıb. O, final mərhələsində 17,29 m nəticə göstərərək, qitə çempionu tituluna yiyələnib. Təmsilçimiz ilkin mərhələdə geri qaldığı, bu dəfə ən yaxın izləyicisi portuqaliyalı Olimpiya, dünya və Avropa birincisi Nelson Evoranı 0,18 m üstələyib. İlk "üçlüy"ü isə 17,10 m göstərici ilə 3 il öncə qitə çempionatının qalibi olmuş almaniyalı Maks Heb qapayıb.

Qeyd edək ki, N.Babayev təsnifat mərhələsində olduğu kimi, final mərhələsində də şəxsi rekordunu yeniləyib.