:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcəklər

Font

Bu gün Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək.

Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.