:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya və ABŞ Baş qərargahlarının rəhbərləri Vyanada görüşəcəklər

Font

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu general Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələri Baş Qərargahları Komitəsinin (BQK) rəisi Cozef Danford martın 4-də Vyanada görüşəcəklər.

TASS bildirir ki, BQK-nın rəsmi nümayəndəsi polkovnik Patrik Rayder tərəfindən bazar günü yayılan məlumatda belə deyilir.

Qeyd olunur ki, onlar "Suriyada əməliyyatlar zamanı koalisiya [beynəlxalq] qüvvələri ilə Rusiya arasındakı boşluqları nəzərdən keçirəcək, hərbi xətt üzrə ABŞ-Rusiya münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparacaq, həmçinin təhlükəsizliklə bağlı Avropadakı mövcud vəziyyəti və digər əsas məqamları müzakirə edəcəklər".

Qeyd edək ki, Danford, Vyanada Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Robert Brigerlə də görüşəcək.