:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Eurovision”a bilet satışı dayandırıldı

Font

İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək "Eurovision -2019” mahnı müsabiqəsinə bilet satışı dayandırılıb.

Bu barədə İsrailin müsabiqənin keçirilməsinə cavabdeh olan "Kan” teleradio şirkəti məlumat yayıb. Səbəb müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələrin yaranmasıdır. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə "Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib.

Korporasiya vəd edib ki, araşdırmalar zamanı qayda pozuntuları aşkarlanarsa, biletləri açıq satışa qaytaracaq.