:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çaylarda suyun səviyyəsi dəyişib

Font

Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 150 kub/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 46 kub/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 55 kub/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 8, Salyanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2018-ci il martın 01-də 375 sm), Şirvanda 223 sm (2018-ci il martın 01-də 249 sm), Salyanda 181 (2018-ci il martın 01-də 203 sm), Bankədə 187 sm (2018-ci il martın 01-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2018-ci il martın 01-də 108 sm) təşkil edib.