:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xəzər dənizində zəlzələ olub

Font

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 25 km, maqnitudası 3,0 bal olub.

Zəlzələ hiss olunmayıb.