:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək

Font

Türkiyə 2023-cü ildə özünün ilk qırıcı təyyarəsini istehsal edəcək.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

O, qeyd edib ki, ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcısını təqdim edəcək. Lakin yeni silahin orduya 2031-ci ildə qəbul ediləcəyi planlaşdırılır.

"Biz artıq 2026-cı ildə onu səmada görə biləcəyik", - deyə Fuat Oktay qeyd edib.

Qeyd edək ki, Türkiyənin öz qırıcısını yaratması niyyəti 2017-ci ildə məlum olub.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.