:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Barselona” həftə ərzində iki “El Klassiko”da qalib gəldi -VİDEO

Font

İspaniya Çempionatının 26-cı turu çərçivəsində "Real Madrid” klubu "Barselona” komandasını qəbul edib.

 "Santiaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun sahibi İvan Rakitiç olub (26-cı dəqiqə).

Xatırladaq ki, fevralın 28-də komandalar İspaniya Kuboku çərçivəsində qarşılaşıb. "Real Madrid”in meydanında keçirilən matçda kataloniyalılar sevinib – 0:3.

Beləliklə, "Barselona” bir həftə ərzində artıq ikinci dəfə əzəli rəqibi "Real Madrid” üzərində qələbə qazanır.

26 turdan sonra "Barselona” 60 xalla birinci, "Real” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.