:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Fevralda Rusiyada neft hasilatı 3,5% artıb

Font

Ötən ay Rusiyada qaz kondensatı ilə birgə neft hasilatının həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 3,5% artaraq 43,3 mln. ton təşkil edib.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Yanacaq-Energetika Kompleksi Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyada neft hasilatının (qaz kondensatı ilə birgə) həcmi isə 91,42 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji aylarından 3,7% çoxdur.