:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq - Səfir

Font

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.

Bunu müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.

Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.