:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya səfiri: ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına kömək edə bilən real alətdir

Font

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməli olan və edə bilən real beynəlxalq alətdir.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir bildirib ki, Minsk qrupunun həmsədrləri bu istiqamətdə müntəzəm fəaliyyətdədirlər:

"Hesab edirəm ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəal çalışırlar, bunun üçün bütün səylərini göstərirlər".

Qeyd edək ki, bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdikləri bildirilib.