:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Konsulluq xidmətlərinin də “ASAN xidmət” mərkəzində göstərilməsinə başlanılıb

Font

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli Fərmanı ilə "Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında edilmiş dəyişikliklərə əsasən Xarici İşlər Nazirliyi tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən "ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilmişdir.

Bununla da, "ASAN xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunmuş, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer almışdır.

Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılmış və Nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilmişdir.

Həmçinin xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün "ASAN xidmət” mərkəzinə ezam olunmuşlar.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.