:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

YAP-ın yeni üzvlərinə vəsiqələr verilib

Font

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında YAP sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.

Avrasiya.net xəbər verirki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki , 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalmışdır.
YAP-ın yeni üzvlərinə vəsiqələr verilib - Pirallahıda
Hikmət Şikarov 25 ildən artıq dövrdə ölkəmizin əldə etdiyi uğurlardan, Yeni Azərbaycan Partiyasının bu inkişafa, tərəqqiyə töhfələrindən danışaraq bildirdi ki, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir. Ötən 25 ildən artıq dövr tərəqqi, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası respublikada keçirilən bütün seçkilərdə daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Son 16 ildə YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir.
YAP-ın yeni üzvlərinə vəsiqələr verilib - Pirallahıda
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi. Yeni üzvlər birmənalı olaraq bildirdilər ki, bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.
YAP-ın yeni üzvlərinə vəsiqələr verilib - Pirallahıda