:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

Font

Prezident İlham Əliyevin ötən gün imzaladığı, "Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq.

Bu barədə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq.

"Vətəndaşlar bir halda banka dəvət olunacaq. Əgər onların kredit qalığı qalırsa, daha uzun müddətə və illik 1%-lə yeni kreditlə əvəzlənəcək. Banklara ödəniş etmiş vətəndaşlar isə rahat olsunlar. Onların vəsaitləri kredit kartı hesablarına köçürüləcək. Sərəncamla ayrılan vəsait kredit məbləği 10 min dollar və yaxud 17 min manata qədər olan və ödəniş müddəti 360 günü keçən kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Bu kreditlərin faizləri, dəbbə pulları, cərimələri ilə birlikdə silinəcək", - N.Əmirov qeyd edib.
Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Qeyd edək ki, ötən il keçirilən sonuncu Bakı marafonunda 18 min iştirakçı qeydiyyatdan keçmişdi.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak etmişdi. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

"Bakı Marafonu-2019” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim ediləcək.