:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ nümayəndəliyinin rəhbəri: Azərbaycanda universitetlər daha yaxşı milli kadrlar hazırlamalıdır

Font

Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təhsilə qoyulan sərmayədir və bu sərmayə gələcək üçün faydalıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanda uzun illər ərzində təhsilin bütün sahələri üzrə işlər görüb.

K.Yankauskas qeyd edib ki, Azərbaycanda universitetlər daha yaxşı milli kadrlar hazırlamalıdır: "Qloballaşma bizim çoxumuzu qorxudur, amma açılan imkanlardan istifadə etməyə çalışsaq, yaxşı olar. Daxili bazar üçün müəssisələr açılır, yeni işlər görülür, amma bunların hamısının reallaşdırılması üçün milli kadrlar tələb olunur. Yerli universitetlər yaxşı kadrlar hazırlamalıdırlar. Azərbaycan universitetlərinin ən yaxşı universitetlər sırasında olması üçün nə etmək olar? Siz yeni sınaqlar etməməlisiniz. Əvəzində Avropa ölkələrinin sınaqdan keçmiş yaxşı təcrübələrini istifadə edə bilərsiniz".