:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Faiq Ağayev: "Flora Kərimova ilə aramıza şeytan girdi"

Font

Xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimova ilə olan qalmaqalından danışıb.

"MTV Azərbaycan” kanalında yayımlanan "Söhbətsiz” proqramına danışan ifaçı Samir Bayramlının suallarını cavablandırıb.

"O, mənə İlhamə Quliyeva ilə olan dostluğumu bağışlaya bilmirdi. Mən nə Aygün Kazımova, nə də Samir Bağırovla danışırdım. Flora Kərimova isə hər ikisi ilə ünsiyyətdə idi. Ona heç bir şərt qoymurdum. Ona söylədim ki, siz danışmadığım insanlarla ünsiyyət quranda, onları evinizə qonaq çağıranda heç bir irad bildirmədim.

İlhamə xanım da təsdiqləyirdi ki, heç vaxt onun yanında Flora xanımın namını vermədim, eynilə də digərində. Aramıza şeytan girdi. Bizim aramızı vuran adam olmayıb” - deyə, ifaçı küsülülüklərinin səbəbini açıqlayıb.