:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan XİN: Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək

Font

"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın hər iki tərəfdən əsas üzvləri ilə yanaşı, bir neçə üzvü dəyişdirilib”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimir Konstantinidi bildirib.

Onun sözlərinə görə, yeni üzvlərin seçilməsi və dəyişdirilməsi prosesi başa çatandan sonra komissiya fəaliyyətini bərpa etməyə hazır olacaq: "Bu məsələ üzrə işlər 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdə iki hissəsi razılaşdırılıb. Yerdə qalan hissələrlə bağlı müəyyən fikir ayrılıqları mövcuddur”.

Ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib: "Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaq".