:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tikinti şirkətləri dövlət qurumlarının xidmətlərinə görə haqq ödəyəcək

Font

Dövlət qurumları tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, habelə tikinti fəaliyyəti sahəsində göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Bu, Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Tikinti və Şəhərsalma Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edək ki, hazırda Tikinti və Şəhərsalma Məcəlləsində yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün ödənişlər nəzərdə tutulub.