:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Font

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüş keçirib.

Görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov Ali Komissar Mişel Başeletə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq, fundamental haqqları pozulan məcburi köçkünlərin insan hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı tərəfindən konkret tədbirlərin və prinsipial mövqeyin nümayiş etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq gündəlikdə duran bəzi məsələlər üzrə müzakirələr aparılıb.

Ali Komissar Mişel Başelet BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il Azərbaycan tərəfindən verilmiş könüllü ianələrə görə nazir Elmar Məmmədyarova minnətdarlığını ifadə edib.