:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

OPEC+ sazişinin müddəti daha yarım il uzadıla bilər

Font

OPEC+ sazişinin müddəti 2019-cu ilin ikinci yarısına qədər uzadıla bilər.

"Bloomberg” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl Falih bildirib.

O deyib ki, biz hasilatı ilin ikinci yarısında da məhdud saxlamalıyıq. Nazir hazırda ABŞ-dakı neft ehtiyatlarının qədərindən çox dolduğunu, bazarda tarazlığa nail olmaq üçün OPEC+ formatının bu artığın azalmasını hədəflədiyini qeyd edib.

Səudiyyəli nazir həmçinin mart ayında hasilatı daha da azaltmaq niyyətində olduqlarını diqqətə çatdırıb.