:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmira Süleymanova yol polisləri barədə təsirli tədbirlər görülməsini tələb edib

Font

Ombudsman Elmira Süleymanova yol polisləri ilə bağlı problemlərin həlli üçün təsirli tədbirlər görülməsini vacib sayır.

Bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, Dövlət Yol Polisi ilə bağlı şikayətlərdə öz əksini tapmış halların yoxlanılması məqsədilə aparılmış araşdırmalar üzrə qanuna uyğun tədbirlər görülüb. Bununla belə, Ombudsman hesab edir ki, şikayətlərin təhlili bu sahədə olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir: "Əvvəlki illik məruzələrdə mövcud sahədə hüquqpozmaların qarşısının alınmasına, xüsusilə piyadaların hüquqlarının etibarlı müdafiəsi məqsədilə polis əməkdaşları üçün vətəndaşlara etik davranış qaydalarına həsr olunmuş treninqlərin təşkil edilməsi, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramlarının tətbiq edilməsi, yol qəzalarının azaldılması məqsədilə onun baş verdiyi ərazi, günün vaxtı və ilin fəsli nəzərə alınmaqla təhlillərin aparılmasına böyük ehtiyac olduğu qeyd edilib, kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsi təklif olunub. Bu baxımdan ölkə Prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın tətbiqi böyük əhəmiyyət daşıyır.