:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan təyyarəsinin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı cinayət işi açılıb

Font

Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.

Rusiya mətbuatı xəbər verir ki, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.

"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində, təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib.

Xatırladaq ki, "Gulfstream” markalı təyyarə bu gün saat 13:00-da Bakı-Moskva aviareysi üzrə xüsusi uşuş həyata keçirib.