:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşüb

Font

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıldı və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdbilər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.