:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı

Font

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.

Ona.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.